Bank Of Baku

«ABB-Moskva» Rusiyanın ən iri banklarının illik renkinqində mövqeyini yüksəldib

«ABB-Moskva» Rusiyanın ən iri banklarının illik renkinqində mövqeyini yüksəldib
# 02 mart 2009 11:30 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının Rusiyada fəaliyyət göstərən törəmə qurumu – «ABB-Moskva» bankı tanınmış «Rosbizneskonsaltinq» (RBK) agentliyinin bu ölkənin ən iri banklarının illik renkinqində 171-ci yeri tutub. Bu barədə «APA-Economics»ə ABB-dən məlumat verilib.
Bankın məlumatına görə, son bir ildə RBK-nın renkinqində «ABB-Moskva» mövqeyini 37 pillə yüksəldib. Rusiya rezidenti olan 500 bank arasında ABB-nin törəmə bankı aktivlərin artım göstəricisinə görə ilk 20 kredit institutu sırasında yer alıb. Nəticədə, bankın xalis aktivləri bu ilin əvvəlinə 10,244 mlrd. Rusiya rublu təşkil edərək, ötən ilki səviyyədən 45,7% çox olub.
Eyni zamanda, həcmi 6,77 mlrd. rubla yaxın olan kredit portfelinə görə «ABB-Moskva» Rusiya bankları arasında 146 yerdədir. İl ərzində ayrılan kreditlərin həcmi 54,4% artıb və artım tempinə görə bank kredit fəallığı renkinqində 37 pillə irəliləyib. Maraqlıdır ki, bankın hüquqi şəxslərə ayırdığı kreditlər 2008-ci ildə 6,06 mlrd. rubla çataraq 63,7% artıb.
Eyni zamanda, depozit bazasının genişlənməsinə görə «ABB-Moskva»nın renkinqdəki mövqeyi 400-cü yerdən 256-cı pilləyədək yüksəlib. Depozitlərin həcmi isə keçən il 93% artıb və ilin əvvəlinə 3,127 mlrd. rubl təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR