Bank Of Baku

Martın 5-6-da sığorta agentlərinin lisenziya alması üçün növbəti imtahanlar keçiriləcək

Martın 5-6-da sığorta agentlərinin lisenziya alması üçün növbəti imtahanlar keçiriləcək
# 02 mart 2009 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 5-6-da Azərbaycan Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən sığorta agentlərinin müvafiq lisenziya alması üçün növbəti imtahanlar keçiriləcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın alınması fəaliyyət göstərən sığorta agentləri və sığorta agenti olmaq istəyən fiziki şəxslərə aiddir. Sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün müvafiq sənədlərini Maliyyə Nazirliyinə təqdim etmiş, lakin müvafiq imtahanda iştirak etməmiş və ya imtahandan keçməmiş şəxslərin qeyd olunan tarixlərdə imtahanda iştirak etmələri nazirliyə müraciət etməlidirlər.
Əlaqə telefonu: (+994 12) 404-46-99.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR