Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ani likvidlik 70%-ə çatır

Azərbaycan bank sistemi üzrə ani likvidlik 70%-ə çatır
# 02 mart 2009 13:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə məcmu ani likvidlik əmsalı 60-70% təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Qeyd edək ki, bankın ani likvidliyi bir əməliyyat günü ərzində likvidliyin itirilməsi risklərini xarakterizə edir və bankın yüksək likvidli aktivlərin onun tələb olunanadək öhdəliklərinin həcminə nisbəti kimi müəyyən olunur. Bildirək ki, Azərbaycanda icbari ani likvidlik əmsalı 30% səviyyəsində müəyyənləşdirilib.
Eyni zamanda, bank sistemində ümumi likvidlik probleminin mövcudluğu E.Rüstəmov tərəfindən etiraf olunur, bunun da səbəbi ilk növbədə xarici mənbələrdən yenidən borcalma imkanlarının dünya maliyyə böhrana ilə bağlı heçə enməsi ilə əlaqəlidir. Nəticədə, bankların kredit portfelinin azalması müşahidə olunur. Beləliklə, banklar fondlaşma riskləri ilə üzləşərək kredit fəaliyyətini məhdudlaşdırıb.
E.Rüstəmov hesab edir ki, ölkə bankları son zamanlar öz fondlaşma fəaliyyətində əsasən iki iri vəsait mənbəyindən istifadə edib: daxili depozitlər və xarici öhdəliklər. Daxili depozitlərin sabit qalması, yeni xarici kreditlərin kəskin azalması şəraitində banklara yeni fondlaşma mənbəyi lazım gəlir. Qeyd edək ki, bu mənbə rolunda mərkəzləşdirilmiş kredit bazarı çıxış edə bilər. Çünki Azərbaycanda uçot dərəcəsinin bu gündən etibarən illik 3% səviyyəsinə endirilməsi bunun üçün əlverişli şərait yaradır və Milli Bank kommersiya banklarının bu mənbədən daha fəal istifadə edəcəyini gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR