Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 986,9 mln. manat və ya 31,6% çoxdur. Eyni zamanda cari ilin əvvəlindən, yəni yanvar ayında bank depozitlərinin həcmi 234,8 mln. manat və ya 5,4% azalıb.
Depozitlərin strukturunda əsas yeri hüquqi şəxslərin xarici valyuta ilə müddətli depozitləri (xüsusi çəki - 35%) tutur. Depozitlərin bu kateqoriyası üzrə aylıq azalma 36,1 mln. manat təşkil edib:
(mln. manat)
Depozitin növü | 01.02.2009 | 01.01.2009 | Fərq |
Fiziki şəxslər, manat, müddətsiz |
259,6 |
325,9 |
- 66,3 |
Fiziki şəxslər, manat, müddətli |
673,8 |
709,7 |
- 35,9 |
Fiziki şəxslər, valyuta, müddətsiz |
152,8 |
140,5 |
+ 12,3 |
Fiziki şəxslər, valyuta, müddətli |
747,7 |
727,6 |
+ 20,1 |
Hüquqi şəxslər, manat, müddətsiz |
571,7 |
673,4 |
- 101,7 |
Hüquqi şəxslər, manat, müddətli |
193,5 |
226,3 |
- 32,8 |
Hüquqi şəxslər, valyuta, müddətsiz |
73,4 |
68,5 |
+ 4.9 |
Hüquqi şəxslər, valyuta, müddətli |
1 440,6 |
1 476,7 |
- 36,1 |
C Ə M İ | 4 113.2 | 4 348,0 | - 234,8 |
Göründüyü kimi, əsas azalma hüquqi şəxslərin manatla tələb olunanadək hesablar üzrə müşahidə olunub. Ümumilikdə, müddətli depozitlər üzrə azalma 84,7 mln. manat təşkil edib. Bu da onu deməyə əsas verir ki, depozitlərin azalması əsasən müddətsiz depozitlər üzrə baş verib ki, bu da hazırda müşahidə olunan kreditlərin azalması ilə bağlıdır. Bank sisteminə etibarlılıq səviyyəsini əks etdirən göstəricilərdən biri olan banklardakı müddətli depozitlərin həcminin dinamikası yanvarın yekunu üzrə mənfi olsa da, mütləq ifadədə müddətsiz depozitlər üzrə azalmadan təxminən 1,8 dəfə azdır.