Bank Of Baku

«Parex Leasing & Factoring» şirkətinin lizinq portfeli ilin əvvəlindən 14% artıb

«Parex Leasing & Factoring» şirkətinin lizinq portfeli ilin əvvəlindən 14% artıb
# 03 mart 2009 06:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin mart ayının 1-nə 40,624 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 14% çoxdur.
Şirkətin direktor vəzifəsini müvəqqəti icra edən Rəşad İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, lizinq portfelində 32% xüsusi təyinatlı texnikalar, 21% daşınmaz əmlak, 16% yük avtomobilləri, 15% minik avtomobilləri, 7% avadanlıqlar və 6% ictimai nəqliyyatın payına düşüb.
Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahəsi Bakı, Oğuz, Yevlax, Masallı və Naxçıvanı əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR