Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» SKB «Uğur» milli mükafatına layiq görülüb

«Azərbaycan Sənaye Bankı» SKB «Uğur» milli mükafatına layiq görülüb
# 03 mart 2009 07:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) Səhmdar Kommersiya Bankı «İlin inkişaf bankı» nominasiyası üzrə «Uğur» milli mükafatına layiq görülüb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə Bakıda keçirilən təqdimetmə mərasimində mükafatı ASB İdarə Heyətinin sədr müavini Həsən Bədəlova təqdim olunub.
Qeyd edək ki, ASB 2008-ci ildə həyata keçirdiyi strateji və taktiki planlar nəticəsində Bakıda və bölgələrdə tanınan banklardan biri olub.
Xatırladaq ki, «Uğur» milli mükafatı biznes və iqtisadiyyat sahəsindəki uğurlara görə verilir.
Xatırladaq ki, ASB 1996-cı ildə «CIBank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 7 filialı, 19 bankomatı və 187 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR