Bank Of Baku

«AccessBank» fevralda rekord həcmdə mikrokreditlər ayırıb

«AccessBank» fevralda rekord həcmdə mikrokreditlər ayırıb
# 03 mart 2009 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin fevral ayı ərzində sahibkarlara 20 mln. ABŞ dolları həcmində 6 500-dən çox kredit verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, bankın fəaliyyət tarixində bir ay ərzində verdiyi ən yüksək həcmli mikrokreditdir. Verilən mikrokreditlərin 4,5 mln. dolları aqrar sahənin payına düşür.
Qeyd edək ki, «AccessBank»ın kreditləri müştərilərin tələbatından asılı olaraq 100 dollardan 1 mln. dollaradək (manat, avro) məbləğdə təklif olunur.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayından Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) daxildir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
Bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR