Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 17% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 17% artıb
# 03 mart 2009 08:10 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Ölkədə fəaliyyət göstərən bankların istifadə etdiyi bankomatların ümumi sayı 2009-cu ilin yanvar ayında cəmi 30 ədəd artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının (AMB) Statistika və tədqiqatlar Departamentindən məlumat verilib.
AMB-nin məlumatına görə, ötən ayın əvvəlinə bankomatların ümumi sayı 1 545 ədəd təşkil edirdi. Son bir ildə bu göstərici 222 ədəd və yaxud 16,8% artıb. Maraqlıdır ki, ümumi bankomat sayından 878-i Bakı, 667-si isə bölgələrinin payına düşür.
Eyni zamanda, bankların ölkədə 8 114 POS-terminalı fəaliyyət göstərir. Onların sayı yanvarda 10 ədəd azalıb, son bir ildə isə 2 410 ədəd və yaxud 42,25% artıb. O cümlədən, paytaxtda 7 346 POS-terminal, bölgələrdə isə 768 POS-terminal quraşdırılıb. POS-terminalların ümumi sayından 90,3%-i ticarət, ictimai iaşə və xidmət şəbəkəsinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR