BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əqdlərin 94,05%-i dövlət qiymətli kağızları ilə aparılıb. Yanvar-fevral aylarında ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 700 dəfədən çox artıb. Səhmlərin ilkin bazarının həcmi isə 12 dəfə genişlənib. Bundan başqa, səhmlərin təkrar və ilkin bazarında həcmlə yanaşı əqdlərin miqdarı da müvafiq olaraq 58-dən 593-ə və 12-dən 67-dək artıb.
Birja fəallığının artımı qiymətli kağızların birja bazarının bütün seqmentlərində müşahidə olunmayıb. Azalma notların ilkin və təkrar bazarında qeydə alınıb – müvafiq olaraq 60,19% və 27,18%. Korporativ istiqrazlarla əməliyyatlar yalnız təkrar bazarda aparılıb.
Ümumiyyətlə, korporativ qiymətli kağızlar sektoru 5 dəfə, dövlət qiymətli kağızlar sektoru isə 1,07% dəfə artıb.
Bazarın seqmentləri | Yanvar-fevral, 2009 | Yanvar-fevral, 2008 | Nisbət (%) | ||
Əməliyyatların həcmi, (AZN) | Əməliyyatların miqdarı | Əməliyyatların həcmi (AZN) | Əməliyyatların miqdarı | ||
DQİ (yerləşdirmə) | 88 203 214,42 | 47 | 29 206 443,28 | 27 | 302,00 |
DQİ (təkrar bazar) | 85 208 952,60 | 47 | 0.00 | 0 | - |
Notlar (yerləşdirmə) | 143 951 709,22 | 60 | 361 622 238,26 | 107 | 39,81 |
Notlar (təkrar bazar) | 58 326 457,30 | 30 | 80 069 257,44 | 72 | 72,85 |
Repo əməliyyatları | 1 157 477 857,77 | 198 | 1 046 078 251,02 | 273 | 110,65 |
Cəmi DQK bazarı | 1 533 168 191,31 | 382 | 1 516 976 190,00 | 479 | 101,07 |
Korporativ istiqrazlar (yerləşdirmə) | 0,00 | 0 | 7 450 616,50 | 16 | - |
Korporativ istiqrazlar (təkrar bazar) | 2 179 395,00 | 8 | 6 043 729,77 | 22 | 36,06 |
Səhmlər (yerləşdirmə) | 73 217 505,00 | 67 | 5 961 500,00 | 12 | 1 228,17 |
Səhmlər (təkrar bazar) | 21 657 791,20 | 593 | 30 893,40 | 58 | 70 104,91 |
Cəmi KQK bazarı | 97 054 691,20 | 668 | 19 486 739,67 | 108 | 498,06 |
Cəmi | 1 630 222 882,51 | 1 050 | 1 536 462 929,67 | 587 | 106,10 |
DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.