Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsinin azalması prosesi dərinləşir

Azərbaycanda istehlak kreditləşməsinin azalması prosesi dərinləşir
# 03 mart 2009 09:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 2 312,5 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 618,2 mln. manat və ya 36,5% artıb. Eyni zamanda cari ilin əvvəlindən, yəni yanvar ayında istehlak kreditlərinin həcmi 22,4 mln. manat və ya 0,96% azalıb.
Qeyd edək ki, istehlak kreditləri artıq ötən ilin oktyabrın 1-dən azalmağa başlayıb və bu proses dinamik şəkildə davam edir. Həmin tarixdən istehlak kreditlərinin ümumi azalması 120,8 mln. manat təşkil edib.
İstehlak kreditlərinin azalması ümumi kreditlərin artması fonunda baş verib. Belə ki, həmin müddət ərzində bank kreditlərinin ümumi həcmi 596,6 mln. manat artıb.
Azərbaycanda istehlak kreditlərinin azalmasının dünya maliyyə böhranının «üzə çıxması» vaxtına təsadüf etməsi diqqəti cəlb edən məqamdır və bu iki proses birbaşa əlaqəlidir. Belə ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycanın kommersiya banklarında xarici öhdəliklər üzrə ödəmələr məsələsi aktuallaşıb və eyni zamanda xaricdən cəlb etmələr kəskin azalıb. Bu, bankların kreditlərləşməyə daha ehtiyatla və məhdudiyyətlərlə yanaşmasında özünü büruzə verib ki, bu da öz növbəsində ilk olaraq istehlak kreditlərinin azalmasında əksini tapıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisi fevralın 1-nə 37,2%-dən 32,1%-dək azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR