Bank Of Baku

«Joint Leasing» şirkəti yeni baş ofisə köçüb

«Joint Leasing» şirkəti yeni baş ofisə köçüb
# 03 mart 2009 09:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» Azərbaycan-Britaniya şirkətinin baş ofisi yeni ünvana köçüb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni baş ofis Bakı şəhərinin Zərifə Əliyeva pr-ti,55 («Yeni Həyat» Biznes Mərkəzi) ünvanında yerləşir.
Qeyd edək ki, bundan öncə şirkət Fizuli küçəsi,65 ünvanında fəaliyyət göstərib.
Xatırladaq ki, «Joint Leasing» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 14 iyun 2007-ci il tarixindən «AzeriLeasing» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (47,6%) və Böyük Britaniyanın «Dolphin Leasing» (52,4%) şirkəti çıxış edhir. «Joint Leasing» şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «AzeriLeasing» isə 1999-cu ildə yaradılıb.
Cari ilin yanvar ayının 1-nə şirkətin lizinq portfelinin həcmi 55,587 mln. manat, lizinq müqavilələrinin sayı 384, investisiyaların həcmi 21,974 mln. manat və nizamnamə kapitalı isə 700 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR