MDB-nin Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, hesablamaların aparıldığı 7 ölkə arasında (Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və Türkmənistan istisna olmaqla) ÜDM-in artımı yalnız üç ölkədə müşahidə olunub:
Ölkə | ÜDM-in artımı (2008-ci ilin yanvarına nisbət) |
Belarus | + 4,2% |
Qırğızıstan | + 3,7% |
Tacikistan | + 3,5% |
Ermənistan | - 0,7% |
Azərbaycan | - 2,6% |
Qazaxıstan | - 2,9% |
Rusiya | - 12,5% |
MDB-nin Statistika Komitəsinin şərhində deyilir ki, yanvar ayında əksər Birlik ölkələrində ümumi makroiqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunub. Bu da istehsal həcminin azalmasında və ya onun artım templərinin azalmasında əks olunub. Bu tendensiyalar əsasən dünya maliyyə və iqtisadi böhranının təsirindən yaranıb. Məsələn, Azərbaycanda ötən ilin yanvarı ilə müqayisədə ÜDM-in azalması böhran nəticəsində neftin ucuzlaşması səbəbindən baş verib.