Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Dünya Bankının sərhəd idarəetməsi üzrə baş mütəxəssisi ilə görüşüb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Dünya Bankının sərhəd idarəetməsi üzrə baş mütəxəssisi ilə görüşüb
# 03 mart 2009 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Dünya Bankının Yoxsulluğun azaldılması və iqtisadi idarəçilik üzrə beynəlxalq ticarət Departamentinin sərhəd idarəetməsi üzrə baş mütəxəssisi Tomas Doylun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qonağa «Azərbaycan gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı» çərçivəsində görülən işlər barədə məlumat verilib. Avropa İttifaqı mütəxəssislərinin iştirakı ilə hazırlanan yeni Gömrük Məcəlləsinin yaxın zamanlarda qüvvəyə minəcəyi, hazırda bütün gömrük keçid məntəqələrində yenidənqurma işlərinin aparıldığı qeyd olunub.
Gömrük Məcəlləsinin layihəsi ilə tanış olduqlarını bildirən T.Doyl gömrük sistemində, eləcə də bu sistemdə informasiya texnologiyalarının tətbiqi sahəsində daha modern vasitələrdən istifadə edilməsi üçün müvafiq tövsiyələrini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR