Bank Of Baku

Azərbaycan Milli Bankı mərkəzləşdirilmiş kredit portfelini daha 5% artırıb

Azərbaycan Milli Bankı mərkəzləşdirilmiş kredit portfelini daha 5% artırıb
# 03 mart 2009 11:29 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) ikinci dərəcəli banklara ayırdığı mərkəzləşdirilmiş kreditlər portfeli 2009-cu ilin mart ayının 1-nə 239,7 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə AMB-dən məlumat verilib. Fevralda bu cür borcalmaların həcmi 11,6 mln. manat və yaxud 5,1% artıb. İlin əvvəlindən mərkəzləşdirilmiş kredit portfeli 4,7%, son bir ildə isə 2,5 dəfədən çox genişlənib. Bunun əsas səbəbi AMB-nin ötən ilin oktyabr-dekabr aylarında bank sistemində likvidlik çatışmazlığı probleminin aradan qaldırılması məqsədi ilə kommersiya banklarına ayrılan kreditlər olub. Belə ki, ötən ilin son rübündə mərkəzləşdirilmiş kreditlər portfeli 110,4 mln. manat və ya 93,1% artıb, bunun nəticəsində 2009-cu ilin əvvəlinə portfel 219 mln. manata çatıb.
Xatırladaq ki, bundan əvvəl AMB kreditlərinin yerləşdirilməsi üzrə ən yüksək aylıq artım 2008-ci ilin noyabr ayında qeydə alınıb. Həmin ay mərkəzi bankın ayırdığı kreditlərin həcmi 54,3 mln. manat artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR