Bank Of Baku

«Bank Respublika» daha iki regional filial açıb

«Bank Respublika» daha iki regional filial açıb
# 03 mart 2009 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) Mingəçevir və Şəkidə regional filiallarını açıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın Mingəçevir filialı H.Əliyev pr-ti,28A, Şəkidə isə M.Ə.Rəsulzadə küçəsi,180 ünvanında yerləşir.
Hər iki filial fiziki və hüquqi şəxslərə hesablaşma-kassa hesabı, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, mobil rabitə ödənişləri və digər müxtəlif bank xidmətləri göstərir. Qeyd edək ki, hazırda bankın respublika üzrə 32 filial və şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından bankın nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahibdir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR