Bank Of Baku

Azərbaycanda avro ilə nağdsız əməliyyatların həcmi 5,2 dəfə artıb

Azərbaycanda avro ilə nağdsız əməliyyatların həcmi 5,2 dəfə artıb
# 03 mart 2009 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın daxili valyuta bazarında 1 127 552 700 avro həcmində nağdsız avro üzrə əməliyyatlar aparılıb. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bunun 92,2%-i bankdaxili mübadilə əməliyyatları, 7,8%-i açıq banklararası valyuta bazarının payına düşür. Bazarın digər seqmenti olan Bakı Banklararası Valyuta Birjasında avro üzrə əqdlər aparılmayıb.
Ötən ilin yanvarı ilə müqayisədə avro üzrə nağdsız əməliyyatların həcmi 5,2 dəfə artıb. Eyni zamanda, əvvəlki ayla müqayisədə bu göstərici 0,2% artıqdır. Ümumilikdə, son aylarda avro ilə əməliyyatların həcminin artması müşahidə olunur. Məsələn, ötən il ərzində avro ilə əqdlərin həcmi 720,4 mln. avro təşkil etdiyi halda, 2009-cu ilin yanvarında bu göstərici bundan təxminən 57%, dekabrda 56%, noyabrda 49% artıq olub. Həmin tendensiyalar Azərbaycanda hesablaşmalarda, kreditləşmədə, depozit əməliyyatlarında, idxal-ixrac əməliyyatlarında avronun rolunun artdığını göstərir. Bunlar müəyyən dərəcədə ötən ilin IV rübündə başlanan avronun manata qarşı məzənnəsinin düşməsi ilə izah oluna bilər ki, bu da həmin valyutaya marağı artırıb.
Bazarın seqmentlərinə gəldikdə isə məlum olur ki, ötən ilin yanvar göstəriciləri ilə müqayisədə bankdaxili mübadilə əməliyyatları 6,8 dəfə, açıq banklararası valyuta bazarında əməliyyatlar isə 37,5% artıb, valyuta birjasının avro ilə dövriyyəsi isə 2,21 mln. avrodan sıfıra enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR