Bank Of Baku

Ermənistan da milli valyutasını ucuzlaşdırdı

Ermənistan da milli valyutasını ucuzlaşdırdı
# 03 mart 2009 14:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ermənistan Mərkəzi Bankı (EMB) milli valyuta - dramın «üzən» məzənnə siyasətinə qayıtması və valyuta ticarətində iştirakının məhdudlaşdırılması barədə bəyanat yayıb. «APA-Economics»in məlumatına görə, bu bəyanatdan dərhal sonra dramın dollara və avroya qarşı məzənnəsi kəskin düşüb. Əgər martın 2-də dolların məzənnəsi 305-310 dram təşkil edildisə, martın 3-də məzənnə 360 drama yüksəlib. Avro isə 387 dramdan 440 dramadək bahalaşıb.
Ermənistanda milli valyutanın devalvasiyası artıq bir neçə vaxtdır gözlənilir. Vəziyyət o dərəcəyə çatıb ki, mübadilə məntəqələrində dollar və avronun satışında limitlər tətbiq olunub. Qeyd edək ki, Ermənistan maliyyə böhranı nəticəsində milli valyutasını devalvasiyaya məruz qoyan birinci ölkə deyil. Bundan öncə Qazaxıstan, Ukrayna və Rusiya da artıq analoji addımlar atıb. Nəzərə almaq lazımdır ki, devalvasiya ixracatçılara əlavə qazanc əldə etməyə imkan yaradır, idxalı bahalaşdırır və milli valyutada olan əmanət və gəlirləri dəyərdən salır.
Qeyd edək ki, Ermənistan böhrandan əziyyət çəkdiyindən Beynəlxalq Valyuta Fonduna və Rusiyaya kredit almaq üçün müraciət edərək, Rusiyadan 500 mln. dollar, BVF-dan isə 540 mln. dollar məbləğində kreditlərin alınmasına dair razılıq əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR