Bank Of Baku

EBRD, EIB və WB maliyyə böhranından əziyyət çəkən bank və sahibkarlara yardım göstərəcək

EBRD, EIB və WB maliyyə böhranından əziyyət çəkən bank və sahibkarlara yardım göstərəcək
# 03 mart 2009 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyanın ən iri beynəlxalq investisiya qurumları və kreditorları olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İnvestisiya Bankı (AİB) və Dünya Bankı (DB) maliyyə böhranından əziyyət çəkən Cənubi və Şərqi Avropa ölkələrinin bank sektorunun və sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə 24,5 mlrd. avro həcmində təkliflər paketi hazırlayıb.
AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, bu təşəbbüs özəl sektorda fəaliyyət göstərən banklar və kiçik və orta müəssisələrə maliyyə yardımını təmin etməklə real iqtisadiyyata kredit qoyuluşlarının artırılmasını nəzərdə tutur.
İki illik plana görə, AYİB 2009-2010-cu illərdə səhmdar payın alınması ilə borcların maliyyələşdirilməsi formasında maliyyə sektorunda banklara və kiçik və orta müəssisələrə birbaşa 6 mlrd. avro ayıracaq. AİB regiondakı kiçik və orta müəssisələr üçün 11 mlrd. avro vəsait ayırmağı nəzərdə tutur.
DB isə regionun iqtisadiyyatına ümumilikdə 7,5 mlrd. avro (2 mlrd. avro IFC vasitəsi ilə, 3,5 mlrd. avro IBRD vasitəsi ilə və 2 mlrd. avro MIGA vasitəsi ilə) ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR