Bank Of Baku

Azərbaycan bank sisteminin xalis xarici aktivləri son bir ildə 16% artıb

Azərbaycan bank sisteminin xalis xarici aktivləri son bir ildə 16% artıb
# 04 mart 2009 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin xalis xarici aktivləri fevralın 1-nə 4 094,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, xalis xarici aktivlərin tərkibində Milli Bankın xalis xarici aktivləri 5 073,9 mln. manat təşkil etdiyi halda, kommersiya bankları üzrə həmin göstərici mənfi 770,8 mln. manat olub. Digər xalis xarici aktivlər isə mənfi 208,3 mln. manata bərabərdir.
Beləliklə, ümumi bank sistemi üzrə Milli Bankın xarici aktivləri xarici öhdəlikləri üstələyir, kommersiya bankları üzrə isə vəziyyət tam əksinədir. Eyni zamanda qeyd etmək lazımdır ki, yanvar ayında müşahidə olunan 1,5%-lik artım əsasən kommersiya banklarının mənfi xalis xarici aktivlərinin azalması nəticəsində baş verib. Belə ki, cari ilin əvvəli ilə müqayisədə məcmu xalis xarici aktivlərin həcmi 58,7 mln. manat təşkil etdiyi halda, Milli Bank üzrə göstərici 41,4 mln. manat, kommersiya bankları üzrə isə 98 mln. manat azalıb. Yəni, yanvar ayında xarici əməliyyatlar üzrə Milli Bankın müsbət saldosu, kommersiya bankların isə mənfi saldosu azalıb. Bu da ilk növbədə kommersiya banklarının xarici öhdəliklər qalığının azaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR