Bank Of Baku

«Nikoil Leasing» şirkətinin portfeli ilin əvvəlindən 0,6% azalıb

«Nikoil Leasing» şirkətinin portfeli ilin əvvəlindən 0,6% azalıb
# 04 mart 2009 06:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2009-cu ilin mart ayının 1-nə 5,794 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% azdır.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indiyədək şirkət tərəfindən 11 lizinq müqaviləsi bağlanılıb ki, bu müqavilələrin dəyəri 6,990 mn. manat təşkil edib. Bu göstərici isə ilin əvvəli ilə müqayisədə 0,5% çoxdur.
Həmçinin, ilin əvvəlindən şirkət tərəfindən ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 0,5% artaraq 5 ,916 mln. manata çatıb.
Qeyd edək ki, şirkət tərəfindən lizinq üzrə təklif edilən faiz dərəcələri 18-30%, müddəti isə 1-5 il təşkil edir.
Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonundan fəaliyyət göstərir. Şirkət yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR