Bank Of Baku

«Bank of Azerbaijan» martın sonunda yeni baş ofisə köçəcək

«Bank of Azerbaijan» martın sonunda yeni baş ofisə köçəcək
# 04 mart 2009 07:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) mart ayının sonunda özünün yeni baş ofisinə köçəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.
X.Şərifzadənin sözlərinə görə, bank tərəfindən icarəyə götürüləcək yeni baş ofis Bakı şəhəri, Sarabski küçəsi,657-ci məhəllədə yerləşir. On iki mərtəbədən ibarət olan binanın 4 mərtəbəsi baş ofis üçün icarəyə götürülüb. Bankın filiallarından biri isə hazırkı baş ofisdə fəaliyyət göstərəcək. Qeyd edək ki, hazırda «Bank of Azerbaijan» Bakı şəhəri, Səməd Vurğun küçəsi,3 ünvanında yerləşir.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,756 mln. manat, kredit portfeli artaraq 88,431 mln. manat, depozit portfeli 42,490 mln. manat, məcmu kapitalı 19,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 32 mübadilə məntəqəsi, 19 bankomatı və 128 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR