Bank Of Baku

Azərbaycanın daxili valyuta bazarı yanvarda 68% artıb

Azərbaycanın daxili valyuta bazarı yanvarda 68% artıb
# 04 mart 2009 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın daxili valyuta bazarı 2009-cu ilin yanvar ayında 2 300 534 600 manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına əsasən, 2008-ci ilin yanvar ayı ilə müqayisədə daxili valyuta bazarının həcmi 68% artıb. Eyni zamanda, ötən ilin dekabr ayına nisbətən 31,7% azalma qeydə alınıb.
Ötən il daxili valyuta bazarında əməliyyatların orta aylıq həcmi 2,214 mlrd. manat təşkil edib və bu ilin yanvarında bu göstəricidən 4% çox əməliyyat aparılıb.
Daxili valyuta bazarında dollar üzrə əqdlərin həcmi yanvar ayında 1 313 633 500 dollar, avro üzrə əməliyyatların həcmi 1 127 552 700 avro, funt sterlinq üzrə əməliyyatların həcmi 4 261 900 funt, Rusiya rublu üzrə əməliyyatların həcmi 753 559 600 rubl təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə daxili valyuta bazarının ümumi həcmi 26 567 038 900 manat təşkil etdiyi halda, dollar üzrə əqdlərin həcmi 25 319 678 500 dollar, avro üzrə 8 644 534 500 avro, funt sterlinq üzrə 57 295 300 funt, Rusiya rublu üzrə əməliyyatların həcmi isə 17 586 069 400 rubl təşkil edib. Beləliklə, daxili valyuta bazarında yanvarda avronun payının kəskin artması baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR