Bank Of Baku

Azərbaycanda qeyri-neft ÜDM-in adambaşına düşən həcmi son bir ildə 20% artıb

Azərbaycanda qeyri-neft ÜDM-in adambaşına düşən həcmi son bir ildə 20% artıb
# 04 mart 2009 07:38 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 209-cu ilin yanvar ayında 891,5 mln. manat təşkil edib. Bu isə ötən ilin analoji yanvar göstəricisi ilə müqayisədə 2,8% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının (AMB) Statistika və Tədqiqatlar Departamentindən məlumat verilib.

AMB-nin bu həftə açıqladığı hesabata görə, milli iqtisadiyyatın mədən sənayesində yaranmış tənəzzülə baxmayaraq, qeyri-neft sahələrində artım müşahidə olunur. Belə ki, 2008-ci ilin ilk ayında qeydə alınan 9,6%-lik artım tempi ilə müqayisədə bu ilin yanvarında qeyri-neft ÜDM-in dinamikası 3,43 dəfə zəifləyib. Eyni zamanda, onun fiziki həcmi son bir ildə 159,1 mln. manat artıb, halbuki ümumilikdə ölkə üzrə ÜDM həmin dövr ərzində əksinə, 426 mln. manat azalıb. Nəticədə, qeyri-neft sektorunda istehsal olunan ÜDM-in ümumi göstəricidə payı son bir neçə il ərzində ilk dəfə olaraq 32,00%-dən 47,93%-ə yüksəlib.

Maraqlıdır ki, Azərbaycan əhalisinin yanvar ayında olan orta statistik sayını nəzərə alsaq, qeyri-neft ÜDM-in adambaşına düşən həcmi fevralın 1-nə 103,5 manat (128,9 ABŞ dollar) təşkil edib. Ötən ilin yanvar ayındakı eyni göstərici ilə müqayisədə bu rəqəm 20,32% artıb.

Xatırladaq ki, yanvar ayı ərzində Azərbaycan iqtisadiyyatında 1 860,0 mln. manat həcmində ÜDM istehsal olunub və 2008-ci ilin analoji yanvar göstəricisi ilə müqayisədə 2,6% azalıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in adambaşına düşən həcmi 215,9 manata (268,9 ABŞ dolları) bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR