Bank Of Baku

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub
# 04 mart 2009 09:15 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan bankların sırasına «Kredobank» Səhmdar Kommersiya Bankı (SKB) da daxil olub. Bu barədə «APA-Economics»ə ƏSF-dan məlumat verilib.

Fondun məlumatına əsasən, yeni üzvün qəbul olunması ilə ƏSF-nin üzv-banklarının sayı 41-ə çatıb. Xatırladaq ki, ölkə ərazisində tam bank lisenziyası olan kredit qurumlarının sayı 44 təşkil edir.
Qeyd edək ki, ilin əvvəlindən yeni yaranan kredit təşkilatlarından biri olan «AzFinans» və Rusiyanın «Vneştorqbank» tərəfindən alınan «AF-Bank» da ƏSF-yə üzv olub.

İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığortalanmır və onlar üzrə kompensasiya ödənilmir.

ƏSF 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır. Gələn ilin yanvarın 1-dək kompensasiya məbləğinin maksimum limit həddi 6 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını yalnız banklar ödəyir.

İştirakçı bankların Fondun reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə birlikdə ödənilən məcmu məbləğ 2008-ci ildə 11,169 mln. manata bərabər olub. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri ƏSF-nin hesablamalarına görə, bu ilin əvvəlinə 1 711 mln. manat, qorunan əmanətçilərin sayı isə 1 296 818 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR