Bank Of Baku

«Bank Standard»ın məlumat xidməti fasiləsiz iş rejiminə keçib

«Bank Standard»ın məlumat xidməti fasiləsiz iş rejiminə keçib
# 04 mart 2009 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) çoxkanallı 497-10-70 telefon nömrəsi istirahət və bayram günləri daxil olmaqla 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, xüsusi təlimdən keçən operatorlar bankın təklif etdiyi məhsullar, göstərdiyi xidmətlər, keçirdiyi təşviqat kampaniyaları, iş rejimi, eləcə də filialların, habelə bankomatların ünvanları haqqında, ümumiyyətlə müştəriləri maraqlandıran digər suallara ətraflı cavab vermək üçün lazımi təcrübəyə və biliyə malikdirlər. Bankdan bildirilib ki, yeni xidmət banka müraciət edən vətəndaşlara operativ cavab verməyə, onlara göstərilən xidmətin keyfiyyətini yüksəltməyə yönəldilib.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 36 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR