Bank Of Baku

«Melli İran Bank» Azərbaycandakı bankomat şəbəkəsini genişləndirir

«Melli İran Bank» Azərbaycandakı bankomat şəbəkəsini genişləndirir
# 04 mart 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Melli İran Bank»ının Bakı filialı 2009-cu il ərzində Azərbaycan ərazisində əlavə 15 bankomat quraşdırmaq niyyətindədir.
Bankın Plastik Kartlar Departamentinin direktoru Şəhriyar Paşalının «APA-Economics»ə verdiyi məlumata görə, bankomatlarla yanaşı bu il ərzində bank tərəfindən POS-terminalların quraşdırılmasına başlanması planlaşdırılır. Belə ki, il ərzində 150 POS-terminalın ölkəyə gətirilərək paytaxtın biznes və ticarət mərkəzlərində quraşdırılması nəzərdə tutulub.
Ş.Paşalının sözlərinə görə, ATM və POS-termanalların idxalı üçün yaxın günlərdə podratçı şirkətlərə sifariş veriləcək. Qeyd edək ki, hazırda bankın yalnız bir ATM-i fəaliyyət göstərir.
Xatırladaq ki, «Melli İran Bank»ının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 19,805 mln. manat, depozit portfeli 2,394 mln. manat, kredit portfeli 5,959 mln. manat, məcmu kapitalı 11,123 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR