Bank Of Baku

Azərbaycan hökuməti ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarına əlavələr edib

Azərbaycan hökuməti ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarına əlavələr edib
# 04 mart 2009 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»na əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti Milli Bankın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə aidiyyəti nazirliklərlə razılaşdırılmış təkliflərini nəzərə alaraq «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»ın 1.2-ci bəndində «vergi hesab-fakturaları» sözlərindən sonra «Azərbaycan Respublikasının Milli Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışları» sözləri əlavə edilib.
Qərara edilmiş digər əlavəyə əsasən, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu qaydaları Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Milli Bank tərəfindən müəyyən olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR