Bank Of Baku

Dünya Bankı və Azərbaycan kadr potensialının yaxşılaşdırılmasına dair yeni layihə üzrə danışıqlara başlayıb

Dünya Bankı və Azərbaycan kadr potensialının yaxşılaşdırılmasına dair yeni layihə üzrə danışıqlara başlayıb
# 04 mart 2009 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında kadr potensialının yaxşılaşdırılmasına dair yeni layihənin icrası imkanlarına dair danışıqlara başlanılıb.
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə layihənin mütəxəssisi xanım Elizabet Vanqın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. «Səfər çərçivəsində DB-nın missiyası Nazirlər Kabineti, bir sıra nazirlikilər, «Azərsu», «Azərenerji», «Azəryolservis» və ölkədə infrastruktur sahəsində çalışan bir sıra digər agentlik və qurumlarında görüşlər keçirəcək», - deyə Bankın ofisindən bildirilib.
Missiyanın səfəri martın 11-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR