Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyinin sığortaçılar üçün keçirdiyi növbəti test imtahanından daha 11 nəfər uğurla keçib

Azərbaycan Maliyyə Nazirliyinin sığortaçılar üçün keçirdiyi növbəti test imtahanından daha 11 nəfər uğurla keçib
# 04 mart 2009 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların və hüquqi şəxs sığorta brokerlərinin rəhbər vəzifələrinə namizədlər üçün fevral ayının 27-də keçirilmiş test imtahanının nəticələrini açıqlayıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 22 nəfər müvafiq qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab verib, 11 iştirakçı isə attestasiyadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinə, həmçinin Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR