Bank Of Baku

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların 11,7%-i kredit kartlarının payına düşüb

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların 11,7%-i kredit kartlarının payına düşüb
# 04 mart 2009 11:41 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən emissiya olunan ödəniş kartlarının sayı 2009-cu ilin yanvar ayında 69 min ədəd və yaxud 1,9% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının Statistika və Tədqiqatlar Departamentindən məlumat verilib.
AMB-nin məlumatına görə, son bir ildə bank kartlarının buraxılışında artım tempi 1,39 dəfə azalıb. Hesabat ayında kredit və debet kartları üzrə ümumi həcmi 350 mln. manat olan 2 989 min əməliyyat qeydə alınıb. Nəticədə, orta aylıq ödəniş hər əməliyyat üzrə 117,1 manat təşkil edib. Ötən il ümumi həcmi 4 274 mln. manat olan 40 111 min əməliyyat həyata keçirilib və əməliyyatın orta həcmi 106,55 manata bərabər olub.
Maraqlıdır ki, yanvarda əməliyyatların əsas hissəsi (88,3%) debet kartlarının payına düşüb. Öz növbəsində, debet ödənişlərinin 80,9%-i ölkədaxili ATM-lərlə bağlıdır.
Kredit ödəniş kartları üzrə isə hesabat ayında qeydə alınan 151 min əməliyyatın ümumi həcmi 41 mln. manata çatıb və ötən ilki orta aylıq göstəricidən 4% çoxdur. Bankların kredit kartları üzrə əməliyyatlarının məcmu həcmindən yalnız 31,7% bankomatlar vasitəsi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR