Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü Ermənistanda milli valyutanın ucuzlaşmasının səbəblərini açıqlayıb

Azərbaycan Milli Məclisinin üzvü Ermənistanda milli valyutanın ucuzlaşmasının səbəblərini açıqlayıb
# 04 mart 2009 12:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bəzi ölkələrin milli valyutaları iqtisadiyyatları xaricdən gələn vəsaitlər hesabına formalaşdığı üçün ucuzlaşıb. Konkret olaraq bu proses indi Ermənistanda müşahidə olunur. Azərbaycanda isə manatının dəyərdən düşməsi üçün heç bir iqtisadi əsas yoxdur.” Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü Nazim Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan manatının ucuzlaşacağı ilə bağlı cəmiyyətdə dolaşan fikirlər həqiqəti əks etdirmir, bu, daha çox insanlar arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, manatın ucuzlaşacağı ilə bağlı fikirlərə inanan əhali banklarda milli pulla olan əmanətlərini dollara çevirir: “Belə olanda isə manatın dəyəri süni şəkildə düşür. Əhali belə şayiələrə inanmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR