Aşağıdakı cədvəldə ölkədəki bankların aktivlərinin artım tempi (2009-cu il yanvar ayının 1-nə) barədə məlumat verilir:
Banklar | İllik artım (%) | |
1 | Paşa Bank | 329,19 |
2 | Nikoil Bank | 151,69 |
3 | Kapital Bank | 131,53 |
4 | Xalg Bank | 90,33 |
5 | Royal Bank | 81,44 |
6 | Bank Avrasiya | 76,78 |
7 | YapıKredi Bank Azerbaijan | 73,51 |
8 | AccessBank | 70,06 |
9 | Azərbaycan Beynəlxalq Bankı | 68,03 |
10 | Para Bank | 58,50 |
11 | Bank Respublika | 53,15 |
12 | Azerdemiryolbank | 52,40 |
13 | Zamin Bank | 47,33 |
14 | Kredo Bank | 42,44 |
15 | AtaBank | 38,06 |
16 | United Credit Bank | 35,93 |
17 | Turan Bank | 33,28 |
18 | Azər-Türk Bank | 32,66 |
19 | AGBank | 32,35 |
20 | NBCBank | 31,65 |
21 | Texnikabank | 26,99 |
22 | Əmrahbank | 25,04 |
23 | Rabitabank | 24,79 |
24 | Muğan Bank | 23,87 |
25 | Bank of Baku | 23,21 |
26 | Birlik Bank | 21,6 |
27 | Gəncəbank | 19,96 |
28 | Günay Bank | 19,37 |
29 | Bank of Azerbaijan | 18,21 |
30 | Kövsər Bank | 13,77 |
31 | Azərbaycan Kredit Bankı | 13,70 |
32 | Atrabank | 9,86 |
33 | UniBank | 7,17 |
34 | Deka Bank | 3,88 |
35 | Debut Bank | 2,72 |
36 | Qafqaz İnkişaf Bankı | 2,00 |
37 | Bank Standard | 1,72 |
38 | Azərbaycan Sənaye Bankı | - 3,83 |
39 | Melli İran Bankı - Bakı | - 8,18 |
Cədvəldən göründüyü kimi, aktivlərin artım tempinə görə əlçatmaz səviyyədə (329% və ya 4,3 dəfə) olan artım göstəricisi ilə bank sektorunda «Paşa Bank» liderlik edir. Renkinqin yeni liderləri arasında xalis Rusiya kapitallı olan «Nikoil» və aktivlərin həcminə görə ötən il üçüncü pilləyə qayıdan «Kapital Bank» da var. Bu bankların aktivləri hesabat dövründə müvafiq olaraq 151,7% (2,5 dəfə) və 131,5% (2,3 dəfə) artıb. Eyni zamanda, 2008-ci ildə aktivlərini ən azı 50% artıran bank təşkilatlarının sayı 12-yə çatıb. Onlar arasında 68,03% artım göstəricisi ilə 9-cu pillədə Azərbaycan Beynəlxalq Bankı qərarlaşıb.
Maraqlıdır ki, renkinqdə təmsil olunan kredit təşkilatlarının 95%-i ümumiyyətlə aktivlərin müsbət dinamikasını qoruyub saxlayan banklardır.