Bank Of Baku

Azərbaycanda pul bazasının artımı mərkəzi bankın xalis xarici aktivlərinin müsbət dinamikası ilə bağlıdır

Azərbaycanda pul bazasının artımı mərkəzi bankın xalis xarici aktivlərinin müsbət dinamikası ilə bağlıdır
# 04 mart 2009 14:55 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda manatla pul bazası 2009-cu ilin yanvar ayında 517 mln. manat və ya 10,1% azalaraq fevralın 1-nə 4 300,2 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından məlumat verilib.
AMB-dən bildirilib ki, ötən ilin müvafiq dövrünə nisbətən manatla buz bazası 48,5% artıb. Bu ilin yanvar ayının sonuna mövsümi təmizlənmiş pul bazası ayın əvvəlinə nəzərən 6,6% azalsa da, ötən ilin müvafiq dövrünə nisbətən bu göstəricidə 47,3% artım müşahidə olunub. Maraqlıdır ki, AMB-nin mütəxəssisləri təhlil olunan dövr ərzində pul bazasının artım səbəbini Milli Bankın xalis xarici aktivlərinin müsbət dinamikası ilə əlaqələndirirlər.

AMB-nin xalis xarici aktivlərinin komponentləri (mln. manatla):

 

01.01.2008

01.01.2009

01.02.2009

XALİS XARİCİ AKTİVLƏR

3 527,37

5 112,66

5 071,68

Xalis beynəlxalq aktivlər

3 527,31

5 112,48

5 071,50

Xalis beynəlxalq ehtiyatlar

3 524,26

5 115,31

5 073,88

Məcmu beynəlxalq ehtiyatlar

3 611,97

5 180,17

5 134,62

Xarici öhdəliklər

- 87,71

- 64,86

- 60,74

Neft fondunun vəsaitləri

0,07

0,17

0.17

Digər xarici öhdəliklər

3,05

-2,83

-2.38



Ötən ayın əvvəlinə olan məlumata görə, Milli Bankın xalis xarici aktivləri 5 071,7 mln. manat təşkil edib ki, bu da ötən ilin dekabr ayına nisbətən 1% az, ötən ilin yanvarına nisbətən isə 23,4% çoxdur. Qeyd edək ki, AMB-nin xalis daxili aktivlərinin həcmi hesabat dövrü ərzində 470,9 mln. manat azalaraq 619,7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR