Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasında sabahdan yeni svop aləti üzrə əməliyyatlara başlanılır

Bakı Banklararası Valyuta Birjasında sabahdan yeni svop aləti üzrə əməliyyatlara başlanılır
# 04 mart 2009 15:18 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bakı Banklararası Valyuta Birjası (BBVB) Azərbaycanın daxili bazarında kommersiya banklarının avro bazarına artan marağını nəzərə alaraq mart ayının 5-dən etibarən yeni – 1 ay müddətinədək EUR/AZN_SWAP adlı alət üzrə ticarət əməliyyatlarının təşkilinə başlayır. Bu barədə «APA-Economics»ə BBVB-dən məlumat verilib.
Birjadan bildirilib ki, «valyuta svopu» - eyni həcmdə, lakin fərqli icra etmə tarixləri üçün xarici valyutanın alqı-satqısı üzrə qarşılıqlı şəkildə bağlanılan əqdlər cütlüyüdür. BBVB tərəfindən tutulan komissiya haqqının məbləği isə «valyuta svopu» üzrə 0,005% səviyyəsində müəyyənləşdirilib. Bu isə Birja Elektron Ticarət Sistemində bağlanılan spot-alətlər üzrə tutulan komissiya haqqından 6 dəfə azdır. Komissiya haqqı səhər və axşam sessiyalarında, lakin gündə bir dəfə hər iki tərəfdən tutulur.
Qeyd edək ki, BBVB 1993-cü ilin iyul ayında təsis edilib. Əsasən xarici valyutalarla banklararası ticarətin təşkili ilə məşğul olan birja Beynəlxalq, Əmanət, Sənaye-İnvestisiya (hazırda «Kapital Bank») və Aqrar-Sənaye bankları tərəfindən təsis olunub. Öz fəaliyyətində əsas məqsəd kimi mütəşəkkil valyuta bazarının inkişafını tutan BBVB Qafqazda ilk birja ticarət sistemini yaradıb. Birjanın illik dövriyyəsi 2008-ci ildə 2,05 mlrd. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR