Bank Of Baku

«Bank of Azerbaijan» bu il məcmu kapitalını 2 dəfə artıracaq

«Bank of Azerbaijan» bu il məcmu kapitalını 2 dəfə artıracaq
# 05 mart 2009 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin əvvəlindən nizamnamə kapitalını 3,5% artıraraq mart ayının 1-nə 15 mln. manata çatdırıb.
Bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadənin «APA-Economics»ə verdiyi məlumata görə, bu il ərzində bankın məcmu kapitalında da artım gözlənilir. Belə ki, cari il ərzində bankın məcmu kapitalının 2,1 dəfə artıraraq 45 mln. manata çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2008-ci ilin sentyabr ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Bank of Azerbaijan»ın sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. Səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 500 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edib. Yerləşdirmə tam başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2 dəfə artaraq 20 mln. manata çatacaq.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,756 mln. manat, kredit portfeli artaraq 88,431 mln. manat, depozit portfeli 42,490 mln. manat, məcmu kapitalı 19,914 mln. manat, o cümlədə nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 32 mübadilə məntəqəsi, 19 bankomatı və 128 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR