Bank Of Baku

Azərbaycanda ANBDI indeksi kəskin azalıb

Azərbaycanda ANBDI indeksi kəskin azalıb
# 05 mart 2009 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2009-cu ilin mart ayının 5-nə 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,4624 bənd və ya 46,24% azalaraq 0,5377 təşkil edib.
ANBDI indeksinin kəskin azalması notlar bazarında yerləşdirilmiş və dövriyyədə olan notların həcminin azalması səbəbindən baş verib. Belə ki, martın 4-də 30 mln. manat həcmində notların ödənilərək dövriyyədən çıxarılması və 10 mln. manat məbləğində yerləşdirmənin həyata keçirilməsi bazarı 20 mln. manat həcmində azaldıb. Hazırda real yerləşdirilmiş notlar üzrə dövriyyənin həcmi 23,3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR