Bank Of Baku

Maliyyə Nazirliyi sığorta agentləri üçün növbəti imtahanlar keçirir

Maliyyə Nazirliyi sığorta agentləri üçün növbəti imtahanlar keçirir
# 05 mart 2009 07:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanlarını martın 5-6-da keçirəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun tələbləri, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun təşkil olunacaq.
İmtahanlar müvafiq bu gün saat 10:00 və 14:30-da, sabah isə 14:30-da başlayacaq.
Qeyd edək ki, imtahana qeydiyyat imtahanın başlama vaxtından 45 dəqiqə əvvəl başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR