Bank Of Baku

Azərbaycanda M2 pul aqreqatı son bir ayda 8% azalıb

Azərbaycanda M2 pul aqreqatı son bir ayda 8% azalıb
# 05 mart 2009 08:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsinin (M2 aqreqatı) həcmi 2009-cu ilin fevral ayının 1-nə 5 594,7 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici yanvar ayında 486,3 mln. manat və ya 8% azalıb.
Qeyd edək ki, yanvar ayında azalma pul kütləsinin bütün tərkib hissələri üzrə müşahidə olunub. Belə ki, banklardan kənarda olan nağd pulların həcmi (M0 aqreqatı) 249,6 mln. manat və ya 6% azalaraq 3 896,1 mln. manata, manatla tələb edilənədək depozitlər 168 mln. manat və ya 16,8% azalaraq 831,3 mln. manata, manatla müddətli depozitlər 68,7 mln. manat və ya 7,3% azalaraq 867,3 mln. manata çatıb.
Eyni zamanda, M2 aqreqatı ilə yanaşı geniş mənada pul kütləsinə daxil olan xarici valyutada depozitlər 1,4 mln. manat və ya 0,06% artaraq 2 414,6 mln. manat təşkil edib. Bununla belə, geniş mənada pul kütləsi fevralın 1-nə 8 009,3 mln. manata bərabər olub. Bu, ötən ilin fevralın əvvəli ilə müqayisədə 41,8% çox olsa da, yanvarda həmin göstərici 484,9 mln. manat və ya 5,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR