Bank Of Baku

Azərbaycanda nağdsız dollar üzrə əməliyyatların artım tempi kəskin azalıb

Azərbaycanda nağdsız dollar üzrə əməliyyatların artım tempi kəskin azalıb
# 05 mart 2009 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın daxili valyuta bazarında 2009-cu ilin yanvar ayı ərzində 1 313 633 500 dollar həcmində nağdsız dollar üzrə əməliyyatlar aparılıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 3,8% çoxdur. Eyni zamanda, 2008-ci ilin yanvarında 2007-ci ilin yanvar ayı ilə müqayisədə dollar üzrə əməliyyatların artım tempi 53,8% təşkil edib. Beləliklə, nağdsız dolların alqı-satqı əqdləri üzrə artım tempi kəskin azalıb.
Bundan başqa, yanvar üzrə ümumi daxili valyuta bazarın həcminin illik artımı 68% təşkil edib, dollardan başqa digər əsas valyuta olan avro ilə əməliyyatlar üzrə həmin göstərici 5,6 dəfə təşkil edib.
Qeyd olunan göstəricilər hesablaşmalarda nağdsız dolların rolunun azaldığını, avronun və manatın rolunun isə artdığını göstərir.
Dollarla əməliyyatların tərkibində ənənəvi olaraq əsas yeri bankdaxili mübadilə əməliyyatları tutur. Həmin əməliyyatların payına ümumi həcmin 63%-i düşür. Bazarın digər seqmentlərinə gəldikdə isə, açıq banklararası valyuta bazarının payı 34,5%, Bakı Banklararası Valyuta Birjasının 2,5% təşkil edib. Qeyd edək ki, ötən ilin yanvarında dövriyyənin 73%-i bankdaxili mübadilə əməliyyatları, 14,5%-i açıq banklararası valyuta bazarı və 12,5%-i birjasının payına düşüb.
Açıq banklararası valyuta bazarında əməliyyatların kəskin artması birmənalıdır, bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 2,5 dəfə artıb. Eyni zamanda, birjada bağlanılan əqdlərin həcmi 4,9 dəfə azalıb. Beləliklə, yanvarda banklararası valyuta bazarında ünvanlı satınalmaların həcmi kəskin artıb, bunun da səbəblərindən biri məzənnə fərqidir. Belə ki, yanvarda açıq banklararası valyuta bazarında qeydə alınmış dolların orta məzənnəsi 0,8004 manat, birjada isə 8,037 manat təşkil edib. Beləliklə, daha kiçik məzənnəyə «malik olan» açıq banklararası valyuta bazarında əməliyyatların kəskin artması, birja da isə kəskin azalması daxili valyuta bazarında dolların alış niyyətlərinin üstünlük təşkil etdiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR