Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası «İpoteka haqqında» qanun üzrə təkliflər paketinin yekun variantını təsdiqləyib

Azərbaycan Banklar Assosiasiyası «İpoteka haqqında» qanun üzrə təkliflər paketinin yekun variantını təsdiqləyib
# 05 mart 2009 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) «İpoteka haqqında» qanununa təkliflərlə bağlı hazırladığı yeni layihənin yekun variantı qurumun Rəyasət Heyətinin iclasında təsdiqlənib.
ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, iclasda ipoteka ilə bağlı qanuna təkliklərlə bağlı yeni layihənin ilk növbədə Azərbaycan Milli Bankına (AMB) təqdim edilməsi və bu istiqamətdə həmin qurumla danışıqlara başlanılması tövsiyə edilib: «AMB-nin yeni layihə üzrə veriləcək rəyindən sonra ABA digər dövlət strukturları ilə də danışıqlar aparmaq niyyətindədir».
F.Əliyevin sözlərinə görə, iclasda Rəyasət Heyəti tərəfindən ABA-nın törəmə qurumlarının 2009-cu il üçün büdcəsi və ştat cədvəli də təsdiqlənib.
Qeyd edək ki, ipoteka qanunvericiliyi ilə bağlı təkliflər ABA-nın hüquqi məsələlərə dair ekspert qrupunun nəzdində yaradılan ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işçi qrupu tərəfindən hazırlanıb. Təkliflərin əsasən mövcud ipoteka kreditləşməsi şərtlərinin yumşaldılmasına istiqamətləndiyi bildirilir.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR