Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzi səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair fevralda 2 müqavilə bağlayıb

Azərbaycan Milli Depozit Mərkəzi səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair fevralda 2 müqavilə bağlayıb
# 05 mart 2009 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 2 müqavilə bağlanıb ki, bu da 2008-ci ilin müvafiq ayı ilə müqayisədə 6 dəfə azdır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayı ərzində 17 398 455 manat nominal dəyərində olan 4 186 314 səhm üzrə 511 alqı-satqı müqaviləsi və 90 min ABŞ dolları nominal dəyərində olan 9 istiqraz üzrə 6 alqı-satqı müqaviləsi qeydiyyata alınıb. Ötən ilin fevral ayı ilə müqayisədə müqavilələrin nominal dəyəri 3,1 dəfə, səhmlərin sayı 3,2 dəfə, alqı-satqı müqavilələrinin sayı isə 9,9% artıb.
Qeyd edək ki, cari ilin ilk iki ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 15 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR