Bank Of Baku

Azərbaycanda xalis daxili bank aktivləri son bir ildə 12% azalıb

Azərbaycanda xalis daxili bank aktivləri son bir ildə 12% azalıb
# 05 mart 2009 12:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemi üzrə pul icmalında əks edilən xalis daxili aktivlərin həcmi 2009-cu ilin fevral ayının 1-nə 3 914,6 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici il ərzində, yəni ötən ilin fevralın əvvəli ilə müqayisədə 85,5% artıb. Eyni zamanda, yanvar ayında xalis daxili aktivlərin həcmi 543,7 mln. manat və ya 12,2% azalıb.
Müqayisə üçün qeyd edək ki, xalis daxili aktivlərin il ərzində orta aylıq artımı 150,4 mln. manat təşkil edib. Beləliklə, yanvar ayında azalma il ərzində müşahidə olunmuş üç aylıq artımdan çox olub. Xatırladaq ki, xalis daxili aktivlər - aktivlər və öhdəliklər, yəni müsbət və mənfi qrupların yekunlaşdırıcı göstəricisidir. Yanvar ayında baş verən azalma əsasən bank sisteminin mənfi olan dövlət idarəetmə sektoruna xalis tələblərin artmasının nəticəsidir. Belə ki, öhdəliklərin bu kateqoriyasının həcmi yanvarda 567,1 mln. manat və ya 70,5% artaraq 1 371,7 mln. manata çatıb.
Qeyd edək ki, bank sisteminin xalis daxili aktivlərinin azalması xalis xarici aktivlərin artması fonunda baş verib. Belə ki, yanvar ayında bank sisteminin xalis xarici aktivləri 1,5% artaraq fevralın 1-nə 4 094,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR