Bank Of Baku

Azərbaycandakı bankların kredit portfelinin artım tempinə görə renkinqi

Azərbaycandakı bankların kredit portfelinin artım tempinə görə renkinqi
# 05 mart 2009 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə bankların kredit portfelinin artım tempinə görə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki bankların kredit portfelinin artım tempi (2009-cu il yanvar ayının 1-nə) barədə məlumat verilir:

Banklar

İllik artım (%-lə)

1

Bank Avrasiya

154,71 dəfə

2

YapıKredi Bank Azerbaijan

437,06

3

Paşa Bank

330,40

4

Kapital Bank

240,28

5

Azərbaycan Sənaye Bankı

146,52

6

Royal Bank

135,88

7

Xalg Bank

126,26

8

Para Bank

94,94

9

AccessBank

71,40

10

Nikoil Bank

69,02

11

NBCBank

66,63

12

Bank Respublika

63,42

13

Azerdemiryolbank

60,56

14

Azərbaycan Beynəlxalq Bankı

55,37

15

Zamin Bank

54,37

16

Kredo Bank

46,85

17

AGBank

41,24

18

AtaBank

38,27

19

Muğan Bank

36,50

20

Turan Bank

36,48

21

Rabitabank

35,05

22

Günay Bank

32,68

23

Texnikabank

28,39

24

Birlik Bank

27,74

25

Azər-Türk Bank

21,13

26

Bank of Baku

20,31

27

United Credit Bank

20,29

28

Bank of Azerbaijan

18,84

29

Azərbaycan Kredit Bankı

17,35

30

UniBank

16,45

31

Deka Bank

10,77

32

Gəncəbank

5,41

33

Qafqaz İnkişaf Bankı

4,22

34

Əmrahbank

3,62

35

Debut Bank

0,97

36

Bank Standard

(-3,02)

37

Atrabank

(-0,85)

38

Melli İran Bankı - Bakı

(-24,10)

39

Kövsər Bank*

-


«Kövsər Bank»* - Bank İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.

Əvvəllər kredit fəallığı ilə xüsusi seçilən irimiqyaslı bankların əvəzinə renkinqin ilk onluğunda əsas yerləri yeni təsis olunan və xalis xarici kapitalın iştirakı ilə yaradılan pərakəndə bankçılıq strategiyasını davam etdirən banklar tutub. Bu kontekstdə sıralamaya başçılıq edən «Bank Avrasiya», «YapıKredi Bank Azerbaijan» və «Paşa Bank» kimi bank institutlarını qeyd etmək olar. Onların kreditlərin ayrılmasında 2008-ci ildə göstərdiyi orta artım templəri renkinqdə təmsil olunan digər bankların orta dinamikasını 116 dəfə üstələyir. Hesabat dövründə kreditlərin verilməsində mənfi trend göstərənlər sırasına ilk dəfə olaraq ölkədə aktivlərin həcminə görə ən iri bank sayılan «Bank Standard» daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR