Bank Of Baku

«Kapital Bank» müştərilər üçün «Qaynar xətt» açıb

«Kapital Bank» müştərilər üçün «Qaynar xətt» açıb
# 05 mart 2009 14:02 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) müştərilərə göstərilən xidmət səviyyəsinin təkmilləşdirilməsi məqsədilə bu gün xüsusi çoxkanallı «Qaynar xətt» açıb. Bu barədə «APA-Economics»ə bankın Bakıdakı baş ofisindən məlumat verilib.
Müştərilər (+994 12) 598-29-53 nömrəli şəhər və (+994 50) 245-39-49 mobil telefon nömrələrinə zəng vuraraq «Kapital Bank»ın fəaliyyətində baş verən hadisələr və yeniliklər barədə məlumat ala bilər.
Xatırladaq ki, «Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 577,590 mln. manat, depozit portfeli 481,974 mln. manat, kredit portfeli 365,847 mln. manat, məcmu kapitalı 71,910 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 89 filialı, 298 bankomatı və 469 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR