Bank Of Baku

Azərbaycanda nağd pul kütləsinin həcmi yanvarda 6% azalıb

Azərbaycanda nağd pul kütləsinin həcmi yanvarda 6% azalıb
# 05 mart 2009 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda banklardan kənarda nağd pul kütləsinin həcmi 2009-cu ilin fevralın 1-nə 3 896,1 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu həcm 54,4% səviyyəsində artım nümayiş etdirsə də, yanvarda bu göstərici 249,6 mln. manat və ya 6% azalıb.
Eyni zamanda, yanvar ayında nağd pulların manatla pul kütləsinə nisbəti 2 faiz bəndi artaraq 70%-ə çatıb. İl ərzində bu nisbət 8,4 faiz bəndi artıb:




Qeyd edək ki, sözügedən nisbət birbaşa olaraq ölkə iqtisadiyyatında nağd pulların rolunu əks etdirir. İnkişaf etmiş ölkələrdə bu nisbət hətta 5-10%-ə bərabər olur. Göründüyü kimi, Azərbaycanda pul kütləsində nağd pulların payı həddindən artıq yüksəkdir.
Azərbaycanda əksər hesablaşmalar, ödəmə əməliyyatları, ticarət və digər əqdlərin ödənilməsi və s. kimi əməliyyatların nağd pul vasitəsi ilə aparılması artıq ölkə iqtisadiyyatının mənfi xüsusiyyətinə çevrilib. Dolayı yolla maliyyə sistemi və onun tərkibi olan bank sektorunda nağdsız hesablaşmaların artırılması prosesinin, demək olar ki, dondurulmuş vəziyyətdə qalmasını göstərir (Milli Bankın niyyətlərinə baxmayaraq).
Qeyd edək ki, Milli Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, 2009-cu ildə nağdsız hesablaşmaların artırılması istiqamətində ciddi addımlar nəzərdə tutulub. Yuxarıda göstərilən rəqəmlər bu addımların vacibliyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR