Bank Of Baku

«AtaBank» ötən il aktivlərini 38% artırıb

«AtaBank» ötən il aktivlərini 38% artırıb
# 05 mart 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin yanvar ayının 1-nə 152,844 manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 38% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 40% artaraq 98,662 mln. manata, müddətli depozit portfeli 12% artaraq 83,447 mln. manata, fiziki şəxslərin müddətli əmanətləri isə 25% genişlənərək 56,582 mln. manata çatıb.
Qeyd edək ki, Bankın xalis mənfəəti 2,1 dəfə artaraq 5,332 mln. manata, nizamnamə kapitalı isə 30,4% artaraq 15 mln. manat təşkil edib.
Xatırladaq ki, 2008-ci il ərzində bankın POS-terminal şəbəkəsi 75% artaraq 285-ə çatıb. Həmçinin, bu müddət ərzində bankın «Nəsimi», «Nizami» və «Xəzər» filialları fəaliyyətə başlayıb və bununla da bankın filiallarının sayı 18-ə çatıb.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR