Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsi və komitənin strukturu təsdiq edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsi və komitənin strukturu təsdiq edilib
# 05 mart 2009 16:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb. APA-nın xəbərinə görə, sənəddə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsinin və komitənin strukturunun təsdiqləndiyi qeyd olunub. Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının, həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması barədə təklifləri hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin işçilərinin say həddi də müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR