Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının 2009-cu ildə ödəyəcəyi dividentlərin faiz dərəcəsi illik 60% çata bilər

Azərbaycan Beynəlxalq Bankının 2009-cu ildə ödəyəcəyi dividentlərin faiz dərəcəsi illik 60% çata bilər
# 06 mart 2009 06:54 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) öz səhmləri üzrə divident siyasətində bu il artıq illik 40-48% səviyyəsində gəlirliyə nail olmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə bankın Bakıdakı baş ofisindən məlumat verilib.
ABB-dən bildirilib ki, 2008-ci ildə 85,467 mln. manat həcmində əldə olunan mənfəət, bankın nizamnamə kapitalının artırılmasına yönəldiləcək. Bankın səhmdarları tərəfindən hələ təsdiqlənməyən bu qərar, ötən il Milli Məclisdə qəbul olunan bank və sığorta şirkətlərinə mənfəət vergisi üzrə verilən imtiyazlardan istifadə etməyə imkan yaradıb. Bank, sığorta və təkrarsığorta şirkətlərinə mənfəəti birbaşa kapitalın artırılmasına yönəltməyə imkan verən yenin qanun, maliyyə təsisatlarını mənfəət vergisinin ödənilməsindən 2012-ci ilədək azad edir. Sözügedən qanun Azərbaycan Milli Bankı və Maliyyə Nazirliyinin birgə təşəbbüsü ilə dünyada baş verən və dərinləşən maliyyə böhranı şəraitində ölkədəki maliyyə qurumlarının sabitləşdirilməsi məqsədi ilə təsdiqlənib.
Təkrar kapitallaşma nəticəsində ABB səhmlərinin bazar dəyərinin 20% artacağı gözlənilir. Bu zaman, səhmdarlara ödənilə biləcək dividentlərin illik 60% təşkil edəcək.
Qeyd edək ki, ABB-nin proqnozlarına görə, 2009-cu ildə bankın mənfəəti 174 mln. manat həcmində gözlənilir. Maraqlıdır ki, bu ilin dövlət büdcəsində hökumətin payına düşən gəlirlərin 45,2 mln. manatı ABB vasitəsilə qazanılan dividentlərə aiddir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% dövlətə, 49,8% özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB-nin səhmdarları rolunda 14 hüquqi və 1556 fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR