Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, bu şirkət üç müştəriyə ümumi dəyəri 52 057 911,96 manat olan broker xidmətləri göstərib. İkinci yeri bir müştəriyə 50 540 882,28 manat broker xidmətləri göstərmiş «UniCapital» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 1,517 mln. manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 49 429 463,03 manatla «YapıKredi Invest» qərarlaşıb.
Qeyd edək ki, fevral ayında brokerlərin renkinqində maksimal məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, yanvar ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 80 082 869,10 manat təşkil edib. Bundan başqa, bu ilin fevral ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 8-dən 9-a çatıb.
Mövqe | Mövqe | Brokerlər | Müştərilər (yanvar) | Müştərilər (fevral) | Əməliyyatların həcmi (AZN) |
2 | 1 | Standard Capital | 5 | 3 | 52 057 911,96 |
1 | 2 | Unicapital | 5 | 1 | 50 540 882,28 |
- | 3 | YapıKredi Invest | - | 3 | 49 429 463,04 |
4 | 4 | Brokdil-Az | 2 | 1 | 35 138 135,76 |
5 | 5 | BoB Broker | 1 | 1 | 13 650 614,02 |
3 | 6 | Respublika Invest | 7 | 7 | 12 820 838,68 |
6 | 7 | Azerintertrade | 4 | 3 | 10 119 519,08 |
7 | 8 | Texnika Capital Management | 3 | 3 | 6 247 239,92 |
8 | 9 | Capital Partners | 1 | 1 | 1 998 991,72 |