Bank Of Baku

«Royal Bank» yaxın vaxtlarda yeni filialını açacaq

«Royal Bank» yaxın vaxtlarda yeni filialını açacaq
# 06 mart 2009 07:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankının (SKB) bu ilin aprel ayında Qaradağ rayonunun Sahil qəsəbəsində filialının açılacağı gözlənilir.
Bankın İdarə Heyətinin sədri Zaur Fərzəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq filialın təsis sənədləri hazırlanaraq Azərbaycan Milli Bankına (AMB) təqdim olunub: «Lisenziyanın nə vaxt verilməsi isə birbaşa mərkəz bankdan asılı olan məsələdir».
Qeyd edək ki, bankın strateji planına uyğun olaraq, bu il ərzində əlavə 4 filialın açılması nəzərdə tutulub. Filiallar əsasən respublikanın regionlarını əhatə edəcək ki, bunların konkret ünvanı bankın İdarə Heyətinin yaxın vaxtlarda keçiriləcək növbəti iclasında dəqiqləşdiriləcək. Xatırladaq ki, hazırda bankın respublika üzrə 28 filialı fəaliyyət göstərir və bunun yarıdan çoxu regionda yerləşir.
Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Hazırda bankın 3 mübadilə məntəqəsi, 27 bankomatı və 76 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR